Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bu avtobus marşrutları müsabiqəyə çıxarıldı –

User 23 İyun 2026 - 16:51 (Last updated: 23 İyun 2026 - 16:51)
avtobus elektrik

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb.

Bu barədə Azpost.info-ya AYNA-dan bildirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 505 və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə 15 və 20 nömrəli şəhərdaxili, eləcə də Bakı–Sınıq Körpü, Bakı–Şəki, Bakı–Ağdaş, Bakı–Kürdəmir, Bakı–Göyçay, Bakı–Horadiz, Bakı–Qusar, Bakı–Xudat, Sumqayıt–Kürdəmir, Gəncə–Şamaxı, Mingəçevir–Ağcabədi, Mingəçevir–Ağsu, Mingəçevir–Gədəbəy, Yevlax–Zaqatala, Ağdaş–Gəncə, Zərdab–Gəncə, Bərdə–Göyçay, Bərdə–İsmayıllı, Tərtər–Lənkəran, Saatlı–Sumqayıt, İmişli–Sumqayıt və İsmayıllı–Göyçay şəhərlərarası, həmçinin Samux (M.Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı), Düzqışlaq (“Şəmkir” stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 22 iyul 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Sınıq Körpü, Bakı–Şəki, Bakı–Ağdaş, Bakı–Kürdəmir və Bakı–Göyçay istiqamətlərində 6 lot üzrə avqustun 5-də;

Bakı–Göyçay, Bakı–Horadiz, Bakı–Qusar, Bakı–Xudat, Sumqayıt–Kürdəmir və Gəncə–Şamaxı istiqamətlərində 6 lot üzrə avqustun 7-də;

Mingəçevir–Ağcabədi, Mingəçevir–Ağsu, Mingəçevir–Gədəbəy, Yevlax–Zaqatala, Ağdaş–Gəncə və Zərdab–Gəncə istiqamətlərində 6 lot üzrə avqustun 11-də;

Bərdə–Göyçay, Bərdə–İsmayıllı, Tərtər–Lənkəran, Saatlı–Sumqayıt, İmişli–Sumqayıt və İsmayıllı–Göyçay istiqamətlərində 6 lot üzrə avqustun 14-də;

paytaxtın 505 nömrəli (Ceyranbatan qəsəbəsi – “Abşeron” ticarət mərkəzi) və 506 nömrəli (Masazır kəndi – “Sədərək” ticarət mərkəzi) şəhərətrafı, Sumqayıt şəhəri üzrə 15 nömrəli (Çerkassi küçəsi – Sultan Məcid Qənizadə küçəsi) və 20 nömrəli (Kamal Axundov küçəsi – Fərman Cəfərov küçəsi) şəhərdaxili, eləcə də Samux (M.Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı) istiqamətində 5 lot üzrə avqustun 18-də;

Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı), Düzqışlaq (“Şəmkir” stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində 4 lot üzrə iyunun 20-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

AzPost.az

Post navigation

Previous: Ədliyyə Nazirliyi ilə BDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Next: Təqsirləndirilən şəxs və şahid dindirmə zamanı nəyi deməməlidir? –

Oxşar xəbərlər

pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
felaket
  • Sosial

33 ölkə əhaliyə 72 saatlıq ehtiyat toplamağı tövsiyə edir – Dünya nəyə hazırlaşır?

User 04 Noyabr 2026 - 18:36
soyutma
  • Sosial

Soyuduculara kiberhücum təhlükəsi – Məhsullar xarab ola bilər / RƏSMİ

User 04 Noyabr 2026 - 17:56

xƏBƏR

tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13
ABŞ prezident administrasiyası bəyanat yayaraq bildirib ki, demokratların Donald Trampın prezidentliyinin qarşıdakı iki ili ərzində onun planlarını...
Read more about Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”
5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir? burcler
  • Maraqlı

5 noyabrın ulduz falı – Hansı bürcləri sevgi, pul və yeni fürsətlər gözləyir?

User 05 Noyabr 2026 - 10:00
Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52
ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord abs konqres
  • Dünya

ABŞ Konqresinə ən azı 7 müsəlman siyasətçi seçilib – Tarixi rekord

User 05 Noyabr 2026 - 09:43
İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi? abs iran savas
  • Dünya

İranla müharibəni yenidən başlada bilər – Tehranın reaksiyası Vaşinqtonu qəzəbləndirdi?

User 05 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.