Bu avtomobil “Ginnesin Rekordlar Kitabı”na düşüb- Rekord sürətinə görə (FOTO)

“Ginnesin Rekordlar Kitabı”nın təmsilçiləri “Roborace” avtomobili tərəfindən avtonom pilotsuz avtomobillər üçün müəyyən edilən rekord sürəti rəsmi şəkildə təsdiq ediblər. Rekord saatda 282,42 kilometr təşkil edib.

Azərtac xəbər verir ki, yürüşlər hələ bu il martın 21-də, Böyük Britaniyada Yorkşir qraflığındakı Elvinqton hərbi aerodromunda yerləşən yürüş trasında təşkil edilmişdi. Maşın avtonom rejimdə iki istiqamətdə hərəkət edib: şərqdən qərbə 280,365 km/saat, qərbdən şərqə isə 284,492 km/saatadək. Bununla belə küləyin sürəti saatda 12,8 kilometr olub.

Rekordun təsviri 2020-ci il “Ginnessin Rekordlar Kitabı”nın robotlara həsr olunan xüsusi bölməsində yerləşdiriləcək. Gələcəkdə “Roborace” Formula E çempionatının dəstək seriyalarından biri olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qadınların bələdiyyələrə kütləvi axın etməsinin əleyhinəyəm”

Sonrakı məqalə

Prezident Sumqayıta 3,5 milyon manat ayırdı