“”Dinamo” ciddi klubdur” –Mahir Emreli (VİDEO)

“Çox şadam ki, “Dinamo” ilə müqavilə bağlamışam. Bu daim Xorvatiyada çempionluq titulu qazanan və avrokuboklarda oynayan klubdur”.

Bunu Zaqreb “Dinamo”suna keçən 24 yaşlı hücumçu Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib: “Xüsusilə də komanda son illərdə keyfiyyətli oyun nümayiş etdirir. Son bir neçə mövsümdə bir sıra tarixi uğurlara imza atan klub Xorvatiya və ölkə xaricində nüfuza malikdir. Komanda həqiqətən də səviyyəyə malikdir və heyətində yaxşı peşəkar futbolçular var. Bu, ciddi klubdur.

İnanıram ki, öz oyunum, səylərim nəticəsində komandanın gələcək nəticələrində pay sahibi olacağam. Titulu qoruyacağımıza və yazda “Dinamo”nu Avropada layiqincə təmsil edəcəyimizə inanıram. Bu futbol klubu artıq Zaqrebin və Xorvatiyanın rəmzidir. Böyük sayda azarkeşləri olan komanda Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir”.

Qeyd edək ki, Polşanın “Legiya” klubu ilə problem yaşayan Mahir Emreli dünən 22 qat Xorvatiya çempionu “Dinamo” ilə 4,5 illik müqavilə bağlayıb.

Xatırladaq ki, “Dinamo” Avropa Liqasında mübarizə aparır. Komandanı qarşıda İspaniyanın “Sevilya” komandası ilə matç gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi mümkündür –

Sonrakı məqalə

AMEA-dan daha bir tanınmış alim Ramiz Mehdiyevi istefaya çağırdı