“Bu dəhliz Azərbaycana yaxşı gəlir gətirəcək” –

İranın Rusiyadakı səfiri
23 Sentyabr 2021 - 10:19

“Şimal-Cənub dəhlizi Azərbaycan Respubliasına yaxşı gəlir gətirəcək”.

Azpost.info bildirir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali Sankt-Peterburqda keçirilən beynəlxalq nəqliyyat konfransında deyib.

Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi yeni fazaya qədəm qoyub: “Bu dəhliz əlaqəsi olan İran, Rusiya və dəmiryol marşrutu keçəcək Azərbaycana yaxşı gəlir verəcək”.

Səfir İranın bu strateti dəmiryolu xəttinin çəkilməsində mühüm rol oynadığını bildirib. “İran bu dəmiryol marşrutunun keçəcəyi dəhlizlə bağlı ciddi işləyir”.

Səfirin sözlərinə görə, Şimal-Cənub dəhlizi region ölkələrini bir-birinə yaxınlaşdıracaq.