Bu dövlət strukturlarına bayram tətilinə çıxmağa icazə verilmədi –

Virusla bağlı hansı nazirliklər işləyəcək? (SİYAHI)
14 Mart 2020 - 21:37

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Həmin dövlət strukturları aşağıdakılardır: 

–  Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

–  Azərbaycan Respubikasının Nazirlər Kabineti

–  Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət

Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)

–  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)

–  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

–  Azərbaycan Respublikasının Baş Prokurorluğu

–  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

–  Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

–  Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

–  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

–  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

–  Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

–  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

–  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

–  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

–  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

–  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

–  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

–  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

–  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

–  Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

–  Azərbaycan Respublikasının Mərkəzi Bankı

–  “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

–  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

–  “Azəriqaz” İstehsalat Birliyi

–  “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

–  SOCAR Qapalı Səhmdar Cəmiyyəti

–  “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyət

Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcəkdir.