Bu gün Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib- İlham Əliyev

“Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz ölkəsinin iqtisadi inkişafını təmin edir, eyni zamanda bölgə üçün və böyük mənada Avrasiya qitəsi üçün də önəmli ölkələrə çevrilib”.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, birgə həyata keçirdiyimiz infrastruktur layihələri, nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir: “Bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.