Bu gün Azərbaycanda 5858 koronavirus testi keçirilib-

Ümumi test sayı 86 min 607-yə çatıb
17 Aprel 2020 - 22:39

Bu gün Azərbaycanda 5858 koronavirus testi həyata keçirilib.

Bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Məlumata əsasən, ümumilikdə 86607 test həyata keçirilib.

Reanimasiyada olan xəstə sayı 14, süni tənəffüs cihazında olan xəstə sayı 4-dür.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 1340, virusdan ölənlər 15, sağalan xəstə sayı 528, aktiv xəstələrin sayı isə 797 nəfərdir.