Bakıda 3 avtomobil toqquşub-

Bakının Sabunçu rayonunda üç avtomobil toqquşub, xəsarət alan var

Hadisə Şəhər Şossesində baş verib.

Elşən Əliyev taksi fəaliyyəti ilə məşğul olduğu “Hyundai” markalı nəqliyyat vasitəsilə yüksək sürətlə əks yola çıxıb. Bu zaman “Hyundai” işıqforun yaşıl işığından keçən Vaqif Quliyevin idarə etdiyi “Mercedes”ə, daha sonra Cehyun Əliquliyevə məxsus “Mitsubishi” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü V.Quliyev ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. “Hyundai” və “Mercedes” markalı nəqliyyat vasitələri deformasiyaya uğrayıb.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Azərbaycanda 5858 koronavirus testi keçirilib-

Sonrakı məqalə

Afrikada 3 milyondan çox insan pandemiyanın qurbanı ola bilər –