Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.
Azərbaycanda qədim zamanlardan Novruzun gəlişindən əvvəl son çərşənbəni bayram ediblər.
Çərşənbə xonçasına 7 cür təam qoyulur: Göyərti-Tərə (ispanaqdan bişirilmiş yemək) (Təbiətin oyanışı rəmzi) , Səməni ( həyatın oyanması), buğda sünbülü ( bahar rəmzi), alma (gözəllik və gənclik rəmzi), balıq (həyat rəmzi), rəngli yumurtalar (doğum və artım rəmzi), rəngəbərəng şamlar (işıq və istilik rəmzi)
Xonçanın ortasına bir stəkan su, suya salınmış qəpik və güzgü qoyurlar. Qəpik varlı və firavan yaşamaq arzusudur. Güzgü isə həyatın əksi mənasını verir.
Axşam, qaş qaralanda 7 ocaq yandırıb üstündən 7 dəfə hoppanmaq lazımdır.
Bayramınız mübarək!