General Rövşən Əkbərovun həbs edilməsinin səbəbi məlum olub

General-leytenant Rövşən Əkbərovun həbs edilmə səbəbi məlum olub.
Azpost.info xəbər verir ki, həbs 2001-cü ildə Ukraynada baş vermiş cinayət işi ilə bağlıdır.
O zaman restoranda azərbaycanlı iş adamı qətlə yetirilmişdi.
Ukrayna hüquq mühafizə orqanları 2 Azərbaycan vətəndaşını şübhəli kimi müəyyən edərək işi araşdırılmaq üçün Azərbaycan hüquq mühafizə orqanlarına ötürmüşdülər.
Həmin qalmaqallı qətl hadisəsində adı keçənlərdən biri general -leytenant Rövşən Əkbərov idi.
Öldürülmüş iş adamının valideynləri Səmayə Şükür qızı Əliyeva və Fəday Dəmirxan oğlu Əliyev Avropa İnsan Haqları Məhkəməsinə 43 yaşlı oğlanlarının qətlinin araşdırılması ilə bağlı müraciət etmişdilər.
Ərizədə qətl hadisəsinin 1 İyun 2001-ci ildə Ukraynanın Kiyev şəhərində baş verdiyi bildirilmişdi.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün İlaxır çərşənbədir –

Sonrakı məqalə

General Rövşən Əkbərovun ittiham olunduğu cinayətin dosyesi –