Bu gün MİQ-də test imtahanı mərhələsinin sonuncu günüdür

04 Avqust 2021 - 10:06

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər.