Bu gün səhərədək Süveyş kanalından 100-dən çox gəmi keçəcək

30 Mart 2021 - 00:58

“Bu gün səhər saat 10:00-a qədər Süveyş kanalının şimal və cənub hissəsindən 100-dən çox gəmi keçəcək”.

Bu barədə Süveyş Kanalı Departamentinin rəhbəri Osama Rabia mətbuat konfransında bildirib.

“Hazırda gəmilərin sıxlığını dayandırmaq üçün çalışırıq. 113 gəmi bu gün axşam saatlarından səhər 10:00-a qədər kanaldan keçəcək, tıxacın dayandırılması üçün cədvəl hazırlanıb”, deyə Rabia əlavə edib. (APA)