Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçiriləcək.

Həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gələcəklər.

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.

Qeyd edək ki, yarımfinalda PSJ Almaniyanın “Bavariya” klubunu, “Arsenal” isə İspaniyanın “Atletiko Madrid” komandasını mübarizədən kənarlaşdırıb. Paris klubu turnirin son qalibidir.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.