Bu gün Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi olacaq. Mübadilə 50/50-yə formulu üzrə həyata keçiriləcək.
Azpost.info xəbər verir ki, bu barədə “DXR” rəhbəri vəzifəsini icra edən Denis Puşilin özünün “Teleqram” kanalında yazıb.
Puşilinin sözlərinə görə, Rusiya Kiyevə əsasən Ukrayna Silahlı Qüvvələrinin sıravi döyüşçülərini təhvil verəcək.
“50 döyüşçümüz azadlığına qovuşacaq. Onların arasında 7 nəfər DXR-dən, 2 nəfər LXR-dəndir. Uşaqları evdə gözləyirik”, – o qeyd edib.
Azpost.info