Bu gün vəkilliyə qəbul üzrə test imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Azpost.info bildirir ki, namizədlərin sənəd qəbulunu kollegiya aparıb.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 241 nəfər qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

İmtahanın Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.  İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Evin “kupça”sı itərsə, onu necə bərpa etmək olar?

Sonrakı məqalə

Gömrükdən keçirilən malların hansı ölkələrə mənsub olması araşdırılıb