Evin “kupça”sı itərsə, onu necə bərpa etmək olar?

Evin çıxarılışı (“kupça”) itdiyi təqdirdə, onu bərpa etmək üçün, ilk növbədə, bu barədə qəzetdə elan vermək lazımdır.

Azpost.info bildirir ki, bunu e-huquq.az-a vəkil Fuad Babaşov evin çıxarılışını itirən vətəndaşın onu bərpa etmək üçün atacağı addımlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, qəzetdə elan verdikdən sonra ərazi polis orqanına müraciət etmək lazımdır: “Vətəndaş evin “kupça”sının itməsi ilə bağlı Polisin Tapıntılar Bürosuna müraciət etməlidir. Əgər itirilən çıxarılış tapılmazsa, Bürodan arayış alınır”. 

F.Babaşov qeyd edib ki, bundan sonra vətəndaş qəzet elanı və arayışla birlikdə Daşınmaz Əmlakın qeydiyyat orqanına yaxınlaşmalıdır: “Vətəndaş evin çıxarılışının dublikatının verilməsi ilə bağlı ərizə yazır və sonra isə yeni “kupça” alır”. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ədliyyə nazirinin müavini İmişlidə vətəndaşları qəbul edəcək

Sonrakı məqalə

Bu gün vəkilliyə qəbul üzrə test imtahanı keçiriləcək