Bu gündən sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək

25 Sentyabr 2021 - 00:50

Bu gündən sentyabrın 27-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyət göstərməyəcək.