“Ermənistan konstruktiv dialoqa hazırdır” –Paşinyan

Ermənistan konstruktiv dialoqa hazırdır və bu, bölgədə möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq. Bu mənada 2020-ci ilin 9 noyabrında və 2021-ci ilin 11 yanvarında Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd edildiyi kimi, regional kommunikasiyaların açılmasının son dərəcə əhəmiyyət daşıdığını düşünürəm”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasında video formatda çıxış edərkən deyib.

Paşinyan bildirib ki, regionun qarşılıqlı kəsişən nəqliyyat xətləri bu məsələnin həll edilməsinin nəticəsi olacaq.

“Bu vacib vəzifənin həllinin nəticəsi bölgə ölkələrinin nəqliyyat arteriyaları ilə bir-birinə bağlanması olacaq. Dinc inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün bir fürsət yaradılacaq. Türkiyəni Ermənistanla birləşdirən dəmir yolu xətti də açılsa, regional kommunikasiyaların açılması mövzusu daha geniş miqyas alacaq”, – Paşinyan belə deyib.

Paşinyan Ermənistan və Azərbaycan sərhədində beynəlxalq müşahidəçilərin iştirakı ilə delimitasiya və demarkasiya prosesi aparmağı da təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

Sonrakı məqalə

Bu gündən sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək