Bu gündən V-XI siniflərdə və ali məktəblərdə dərslər başlayır

Bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa edilir.

Sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin I-IV sinifləri ənənəvi tədrisə başlayb. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 471 661 şagird təhsil alacaq.

Hazırda respublikada 4435 məktəb fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kən Təsərrüfatı Nazirliyinin şöbə müdiri Nicat Nəsirli vəfat edib

Sonrakı məqalə

“Qarabağda qələbə asanlıqla qazanılmadı” –