Bu il əmək yarmarkalarında 2634 nəfərə iş tapılıb- Nazirlikdən açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövrü ərzində 45 rayonda əmək yarmarkası təşkil edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalarda 2634 nəfər işsiz və işaxtaran vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. Ümumilikdə yarmarkalarda 1051 müəssisədən 12 830 vakant iş yeri təqdim edilib.

Əmək yarmarkalarında 175 nəfər işsiz və işaxtaran şəxsin peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. 239 nəfər isə öz istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib.

Qeyd edək ki, ümumilikdə bu il ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pakistan ordusunun Baş Qərargah rəisi Qarabağ mesajı verdi

Sonrakı məqalə

Təzqiyin ölçülməsində yol verdiyiniz 5 SƏHV