Təzqiyin ölçülməsində yol verdiyiniz 5 SƏHV- Düzgün nəticə üçün qaydalar

Çox insanlar istər elektron, istər mexanik təzyiq aparatı ilə arterial təzyiqini özləri ölçdükdə bu səhvləri edir.

Qaydaları bilməmək və düzgün ölçməmək təzyiqi yanlış göstərir və dərmanın dozasını düzgün seçməyə mane olur. Bu isə təhlükəli ola bilər.

Medicina.az təzyiq ölçərkən yol verilən ən yayılmış 5 səhvi təqdim edir:

1. Bir qolda ölçürsüz

Bu, aşağı rəqəm verə bilər və insanı çaşdırar. Qaydaya görə, təzyiq hər iki qolda ardıcıl ölçülməlidir. Adətən bir qolda təzyiq o birindən aşağı olur. Həlledici rəqəm yüksək olan rəqəmdir.

Eləcə də xəstədə hipertoniya diaqnozunu dəqiqləşdirəndə monitorinq apararkən hər iki qolda aparılır. Hansı qolda təzyiq çox vaxt yüksək olursa, gələcəkdə bu qolda ölçmək kifayətdir

2. Manjet ya boşdur, ya da çox sıxır

Bu da yalançı nəticə verir. Təzyiq olduğundan yüksək çıxır.

Eləcə də manjeti lazım olduğundan çox sıxmaq da yuxarı təzyiqi aşağı, aşağı təzyiqi isə yuxarı göstərəcək.

3. Qol geyimin altında sıxılır

Çox vaxt təzyiqi ölçəndə paltarın qolunu yuxarı çəkib çiyindən qolu sıxırsızsa, bu zaman təzyiq olduğundan yüksək göstərəcək. Nazik köynək, koftada həkimlər qolu çirmələmədən, manjeti üstdən bağlamağı tövsiyyə edir.

4. Yemək yedikdən sonra təzyiqi ölçürsünüz

Yemək yeyəndəndərhal sonra təzyiqi ölçmək düzgün deyil. Qida, xüsusilə ağır və yağlı yeməklər, təzyiqi qaldırır. Təzyiqi yeməkdən 1 saat sonra və ya əvvəl ölçün.

5. Çay, qəhvə və spirtli içkidən sonra ölçürsünüz

Tünd çay və qəhvə təzyiqi qaldırır. Amma alkoqollu içkini içdikdən sonrakı 30 dəqiqədə damarlar genişlənir, təzyiq bir az aşağı düşür. Daha sonra isə olduğundan da yuxarı qalxır. Ona görə bu içkilərdən bir qədər sonra təzyiqi ölçün(saglamolun.az).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il əmək yarmarkalarında 2634 nəfərə iş tapılıb

Sonrakı məqalə

UEFA “Qarabağ”ı cərimələdi