Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin vətəndaşları üçün təsis edilmiş qrant proqramları sayəsində 2021-ci ildə 37 ölkədən 40 tələbə Azərbaycan universitetlərində ali təhsil almaq şansı əldə edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb. Bildirilib ki, AİDA-nın ADA Universiteti ilə birgə təşkil etdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” çərçivəsində 15 xarici diplomat üçün təlim təşkil olunub.