Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur

İşğaldan azad olunan Ağdam rayonunda genişmiqyaslı mina təmizləmə işləri aparılır. Keçən il 8200 hektar sahədən çox ərazi Ağdam rayonunda minalardan və partlamamış hərbi sursatlardan tam təmizlənib. Bu il üçün biz rayonda təxminən 9400 hektar ərazinin təmizlənməsini planlaşdırırıq.

Ağdamda ANAMA-nın mobil sahə düşərgəsinin açılışında iştirak edən Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov deyib.

O bildirib ki, keçən il ümumiyyətlə, 20 min hektardan çox ərazi minalardan təmizlənib: “Həmin ərazilərdə 5200-dən çox piyada və tank əleyhinə minalar və partlamamış hərbi sursatlar, qalıqları aşkar olunub və zərərsizləşdirilib. 2022-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulur. Yəni, keçən ilə nisbətən iki dəfə çox ərazi təmizlənəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə
Sonrakı məqalə

Baş Qərargah rəisi: