Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planının hazırlanmsı üçün görüləcək işlər açıqlanıb

“Azad edilən ərazilərdə şəhərsalma planlarının həyata keçirilməsi üzrə işçi qrupun fəaliyyəti başlayıb”.

Jurnalistlərə Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib.

Onun sözlərinə görə, əsasən, Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planları hazırlanıb təsdiq olunması prosesi həyata keçirilib:

“Həmçinin dövlət başçısının tapşırığına əsasən digər bir istiqamət işğaldan azad edilən ərazilərimizdə ermənilərin təbiətimizə vurduğu ziyanın aradan qaldırılmasıyla bağlıdır. Təbiətimizə erməni vandalları tərəfindən ciddi ziyan vurulub meşələrimiz məhv edilib. Bunula əlaqədər olaraq ekoloji məsələlərlə bağlı fəaliyyət göstərən işçi qrupu müəyyən işlər həyata keçirib. Ölkə başçısının ilk tapşırıqlarından biri də “Bəsitçay” Dövlət qoruğunun bərpa olunmasıdır. Bununla əlaqədar ölkə başçısı müvafiq sərəncam imzalayıb. Həmçinin 2022 – 2026 – cı illəri əhatə edən işğaldan azad olunmuş ərazilərdə meşə bərpa tədbirlərini nəzərdə tutan, tədbirlər planı artıq təsdiq olunub. Bu tədbirlər planına əsasən Qarabağ İqtisadi Rayonu və Şərqi Zəngəzur İqtisadi zonaları ərazisində 30 min hektar ərazini əhatə edən meşələrin bərpası nəzərdə tutulur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Sergey Lavrov Ukrayna Prezidentini Rusiyaya gəlməyə dəvət edib

Sonrakı məqalə

Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur