Bu il Bakı-Qars dəmiryolu ilə 1 milyon tondan çox yük daşınıb

Qars Logistik Mərkəzi aktiv fəaliyyət göstərir və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşımaların həcminin artmasına müstəsna təsirə malikdir.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmi saytı xəbər verir ki, bu fikirləri nazir Adil Karaismailoğlu ifadə edib. Nazir bildirib ki, cari ildə noyabrın 19-dək BTQ xətti ilə ümumilikdə 262 qatar, 26 min 214 konteynerlə 1 milyon 419 min 686 ton yük daşınıb. Göründüyü kimi BTQ xətti ilə daşınmaların ümumi həcmi günbəgün artır.

Qeyd edək ki, 2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu ilə cəmi 78 min ton yük daşındığı halda, cari ilin eyni dövründə BTQ xətti ilə daşınan yüklərin çəkisi 154 min 836 tona çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“NATO sərhədlərimizə doğru irəliləməsini dayandırmalıdır” –

Sonrakı məqalə

Son sutkada ölkədə COVİD-ə yoluxanların və ölənlərin sayı açıqlandı –