“Bu il bir nəfərin əlilliyi nə kəsilib, nə dayandırılıb” –

Nazir Sahil Babayev
12 Noyabr 2021 - 17:44

“Rayonların əksəriyyətində 80 % saxta əlillik alırdı”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, əvvəlki nazirə bununla bağlı deyib: “Bunu sizə miras qoyublar. İndi saxta, əsassız pensiyaların hamısı dayanıb. Qurunun oduna yaş da yanır. Bunun daha optimal variantı olardımı?”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə cavabında bildirib ki, bu il bir nəfərin əlilliyi nə kəsilib, nə dayandırılıb: “Bunun müddəti bitib. Mən 10 aydır deyirəm ki, müddəti bitən ayrı şeydir, dayandırılan ayrı şeydir. Bir adamın əlilliyinin müddəti bitib, o açıb kağızına baxmayıb, sonra deyir ki, nazirlik bizim əlilliyi dayandırıb. Belə bir şey yoxdur. Bizim nazirlik bu il bir nəfərin belə əlilliyini nə kəsib, nə də dayandırıb”.