“Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək”- Səfər Mehdiyev

“2020-ci ildə yerli ixracatçı şirkətlərin biri ilə sənədsiz, məlumatların tam blokçeyn üzərindən paylaşılan pilot daşımanın təşkil edilməsi nəzərdə tutulub”.

Bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu pilot layihədə təminat zəncirinin bütün iştirakçıları “hyperledger” fabrik blokçeyni üzərindən bir-birinə məlumat göndərib, təsdiq edəcəklər.

Həmçinin o bildirib ki, GUAM ölkələrində gömrük prosedurları üçün tələb olunan sənədləri blokçeyn texnologiyası vasitəsilə paylaşmağı Dövlət Gömrük Komitəsi təklif edib: “Eyni zamanda Gürcüstan ilə məlumatların “blokçeyn” texnologiyası istifadə olunmaqla paylaşılması iki fərqli platforma üzərindən pilot proqramda tətbiq olunub. “Ethereum” və “hyperledger” blokçeyn şəbəkəsində bəzi məlumatların paylaşılması test üsulunda uğurla başa çatdırılıb”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevlə geniş müsahibəni sabah “Report”da oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan vətəndaşlarını Çindən təxliyə edəcək

Sonrakı məqalə

“Apple”ın qlobal tədarükündə fasilələr yarana bilər