Gürcüstan vətəndaşlarını Çindən təxliyə edəcək- Koronavirusa görə

“Gürcüstandan Çinə uçuşlar qadağan olunacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, Çində olan Gürcüstan vətəndaşlarının təxliyyəsi də planlaşdırılıb: “Bu gün vətəndaşların necə təxliyyə olunması barədə qərar qəbul olunacaq. Biz aktiv profilaktik tədbirlər görürük, buna görə də risk azdır. Hazırda heç bir təhlükə yoxdur, lakin bu, təhlükənin olmayacağı demək deyil”.

Nazir qeyd edib ki, koronavirusun Gürcüstan ərazisinə keçməsi riskini minimallaşdırmaq üçün bütün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Çində koronavirusun əsas yayılma ocağı olan Uhan şəhərində 5 Gürcüstan vətəndaşı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il 920 mindən çox “ASAN Viza” verilib

Sonrakı məqalə

“Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək”