Bu ilin avqustunda “Krım platforması”nı dəstəkləyən ölkə liderlərinin görüşü olacaq

14 Aprel 2021 - 16:01

“Krım platforması”nı dəstəkləyən ölkələrin liderlərinin görüşü keçiriləcək.

 Yerli büroya açıqlamasında Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Ağdama səfəri zamanı deyib.

  1. Reznikov bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı “Normandiya formatı” mövcud olsa da, Krımla bağlı hər hansı platforma və dialoq mövcud deyildi. “Bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenksi “Krım platforması”nın yaradılması təklifini irəli sürdü. Bir sıra ölkələr bu təklifə dəstəyini artıq ifadə edib”, – deyə o bildirib.

Baş nazirin müavini deyib ki, Ukraynanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində – bu ilin avqust ayında “Krım platforması”nı dəstəkləyən ölkələrin liderlərinin görüşü olacaq: “Bu görüşlə bağlı hökumət hazırlıqlara bağlayıb. Artıq bir neçə ölkənin lideri görüşə qatılacağını təsdiqləyib”.