Bu meyvələri başqa meyvə-tərəvəzlərin yanında saxlamaq olmaz

Bəzi meyvələr digər meyvə və tərəvəzlərin yetişməsini sürətləndirdiyi üçün yan-yana saxlanılmamalıdır.

Azpost.info xəbər verir ki, mütəxəssislərin fikrincə, bir çantaya qoyulmamalı və ya ümumi səbətdə saxlanılmamalı olan meyvələr arasında alma və banan da var.

Banan və almanı təkcə bir-biri ilə deyil, digər meyvə və ya tərəvəzlərin yanında da saxlamaq olmaz. Onların tərkibində etilen var, bu maddə digər məhsulların yetişməsini sürətləndirir.

Alma ilə “qonşuluq” portağallar üçün də risklidir. Çünki bu meyvələr bir-birinə yaxın məsafədə olanda yetişmə və çürümə prosesi başlayır.

O da bildirilir ki, etilen istehsal edən banan, manqo və kivi vaxtından əvvəl xarab olmağa meyllidir və bu da qida israfını artırır: “Bananları həddindən artıq yetişməkdən xilas etmək üçün “ayaqlarını” bişirmə kağızı və ya folqa ilə bağlamaq lazımdır”.

Azpost.info

Əvvəlki məqalə

XİN Zəngəzura gələcək Avropa Birliyinin patrul missiyası barədə Bəyanat verdi

Sonrakı məqalə

Azərbaycan trans yağlara qarşı yaxşı profilaktik siyasət aparmayan 9 ölkə arasındadır