“Bu müharibəyə son qoymaq üçün tarixi məsuliyyət daşıyırıq”- HAKAN FİDAN

“Qəzzada və ondan kənarda davam edən müharibə nə sülh, nə də təslimiyyət gətirə bilər. Biz bu müharibəyə son qoymaq üçün tarixi məsuliyyət daşıyırıq”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Qəzzadakı vəziyyətlə bağlı iclasında deyib.

Qəzzada humanitar böhranın kəskinləşdiyini bildirən XİN rəhbəri təcili atəşkəsə çağırıb və bölgəyə humanitar yardımın sürətlə çatdırılmasının vacibliyinə toxunub.

O, beynəlxalq ictimaiyyətin hələ də Qəzzada və İordan çayının qərb sahilində axan qanı dayandıra bilmədiyini deyib: “Qəzza açıq hava həbsxanası idi. İndi İsrail baş nazirinin siyasi mövcudluğunu uzatmaq üçün mülki insanları öldürdüyü müharibə zonasına çevrilib”.

BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında növbəti dəfə uğursuzluğa düçar olduğunu qeyd edən nazir hesab edir ki, israillilər və fələstinlilər arasında sülhü təmin edəcək və ona nəzarət edəcək zəmanət mexanizmi yaradılmalıdır.

Azpost.info

 

Əvvəlki məqalə

Litva XİN Belarusa nota verib

Sonrakı məqalə

Akademik Milli Dram Teatrının fevral