Litva XİN Belarusa nota verib

thumbs_b_c_35c5b7ef127ff2b534c4a217b158b05b

Litva Xarici İşlər Nazirliyi Belarusun ölkədəki müvəqqəti işlər vəkilinə nota təqdim edib.

Azpost.info xəbər verir ki, notada Litva dövlət sərhədinin dəfələrlə pozulmasına kəskin etirazı bildirilir.

Dünən axşam saatlarında üç silahlı belarus sərhədçisinin Litva sərhədini pozduğu bildirilir. Dövlət Sərhəd Xidməti onların Litva ərazisindən təqribən 2,5 metr keçərək fiziki hasara qədər getdiklərini, 400 metrə yaxın getdikdən sonra yenidən Belarus ərazisinə qayıtdıqlarını qeydə alıb.

Litva Xarici İşlər Nazirliyi Belarusdan bu insidentlə bağlı tez bir zamanda izahat verməyi və gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün bütün lazımi tədbirləri görməyi tələb edib.

Azpost.info