Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bu Novruzda əfv fərmanı niyə olmadı?

User 22 Mart 2023 - 22:28 (Last updated: 21 May 2025 - 20:15)
elimemmed nuriyev

Azərbaycanda son illər əksər Novruz bayramları ərəfəsində verilən əfv sərəncamları ilə bağlı gözləntilər bu il özünü doğrultmadı.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu il yanvarın 12-dən öz iclaslarını bərpa etmişdi. Sonuncu belə iclas da martın 14-də gerçəkləşmişdi. Ona görə də bəzi yerli sayt və sosial şəbəkələrdə Novruz bayramı öncəsi Azərbaycanda növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı gözləntilər ifadə edilirdi.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Turan”a bildirib ki, bu il 10 iclas keçiriblər: “Bütövlükdə 1300-dən artıq müraciətə baxılıb və müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul olunub”.

Onun sözlərinə görə, Əfv Komissiyanın iclasları geniş müzakirə formasında keçirilir: “Hər bir daxil olan müraciətə əsaslı yanaşılır və hərtərəfli, obyektiv yanaşma tətbiq edilir. Bunun üçün Əfv Komissiyasının iclaslarında hər şərait yaradılır. Hər kəs öz fikrini söyləmək imkanına malikdir. Bəzi hallarda iclaslarımız dörd saata qədər davam edib. Bu da onu göstərir ki, müzakirə mühiti yüksək səviyyədədir və hər şəxsə çox diqqətli münasibət göstərilir”.

Nuriyev deyib ki, komissiyanın iclasları aprel ayı ərzində də davam edəcək: “Düşünürük ki, may ayında növbəti əfv sərəncamı verilə bilər. Əlbəttə ki, əfv sərəncamı Heydər Əliyevin anadan olmasından 100 illiyi münasibətilə həyata keçirilən tədbirlərin sırasındadır”.

Əfv sərəncamına kimlərin düşüb-düşməməsi məsələsinə gəlincə isə, o bildirib ki, son qərarı dövlət başçısı verir: “Ona görə də bəri başdan fikir söyləmək etik baxımından düzgün olmaz. Həm də hər bir daxil olan müraciətlərin şəxsi məlumat olduğunu nəzərə alaq”.

Post navigation

Previous: Rusiya ilə Çin nələri razılaşdırdı?
Next: Britaniya Şahzadəsi Ukrayna ilə sərhəddə hərbi bazaya gizli səfər edib

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.