“Bu orden Prezidentin fəaliyyətimə verdiyi yüksək qiymətdir” –

Niyaməddin Musayev
30 Aprel 2020 - 19:47

“Əməyimə verdiyi qiymətə görə, prezident İlham Əliyevə ürəkdən təşəkkür edirəm”.

Bu sözləri xalq artisti Niyaməddin Musayev Azpost.info-ya açıqlamasında “Əmək “ordeni ilə təltifi olunması barədə danışarkən bildirib.

N.Musayev deyib ki,  bu orden onun  Azərbaycan musiqi sənətindəki  fəaliyyətinə verilən yüksək qiymətdir: “Dövlət başçısının fəaliyyətimə verdiyi qiymət mənim üçün çox böyük şərəfdir. Prezidentə təşəkkür edirəm”.  

Xatırladaq ki, Niyaməddin Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.