“Bu pasportu daşımağa utanıram” –Məşhur milyarder Rusiya vətəndaşlığından imtina etdi

Rusiyalı məşhur milyarder, “Tinkoff Bank”ın sabiq sahibi Oleq Tinkov Rusiya Federasiyası vətəndaşlığından imtina edib.

Azpost.info bildirir ki, Tinkov bununla bağlı ingilis dilində olan sənədi “İnstagramda yayıb. Burada o, Rusiya vətəndaşlığından imtina qərarını açıqlayıb.

O, öz hərəkətini Ukrayandakı müharibənin əleyhinə olmağı ilə izah edib.

“Mən bu pasportu daşımağa utanıram”,- deyə rusiyalı milyarder yazıb. Tinkovun sözlərinə görə, adının daha Rusiya ilə çəkilməsini istəmir. O, digər biznesmenləri də Putin rejimini zəiflətmək üçün bu addımı atmağa çağırıb.

 

 

Əvvəlki məqalə

Putin Soçi görüşündə razılaşdırılmayan məsələləri açıqlamaqdan imtina edib

Sonrakı məqalə

Prezidentin Soçi səfəri başa çatıb