“Bu Putin kimdir ki….” –

bayden

ABŞ prezidenti Bayden Rusiya lideri Putinin Ukraynanın separatçı bölgələrini müstəqil dövlət kimi tanımaq qərarından qəzəblənib. 

Azpost.info bildirir ki, fevralın 22-də Ağ Evdən canlı yayımla çıxış edən ABŞ prezidenti Putinin bu addımını ciddi tənqid edib: “Bu Putin kimdir ki, özünün qonşularına mənsub olan ərazilərdə yeni dövlətlər yaratmağa haqqı çatdığını təsəvvür edir?“-deyə Bayden əsəbi halda bildirib.

Bayden bildirib ki, Avropalı müttəfiqlər Ukraynanın müdafiəsi üçün birləşiblər: “Biz Rusiyadan gələn bütün təhlükələri başa düşürük. Putinin axşamkı təhrifllərlə dolu “tarixi” qeydləri onun dialoqa can atdığına şahidlik etmir. O, Ukraynanın mövcudluq haqqını şübhə altına alıb. Beləlilklə Rusiya təcavüzkardır, amma gərginliyin dayandırılması üçün şans var. Biz diplomatiyaya hazırıq”-deyə Bayden bildirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir