“Bu, Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaqdır” –Moskva NATO rəhbərinin səfəri haqqında

NATO Baş katibinin Cənubi Qafqaza səfəri növbəti dəfə region ölkələrini Şimali Atlantika alyansının təsir zonasına çəkmək cəhdidir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu cəhdlər natoçular tərəfindən, təşkilatın üzvü olan ölkələr tərəfindən individual və sistemli şəkildə edilib: “Belə səviyyədə NATO məmurunun baş tutmuş səfəri təsdiq edir ki, bu istiqamətdə fəallıq dəfələrlə artıb. Problem nədir? Problemin məğzi nədir? Məğzi odur ki, Cənubi Qafqazda problemlər azalıb, deyəsən. Bu, Qərbdə kimi qane edə bilər? Kimin xoşuna gələ bilər? Bu ölkələrin əməkdaşlığı, öz aralarında sülh razılaşmasına yaxınlaşmaları Qərbə dinclik vermir. Bu ölkələrin Rusiya ilə münasibəti Qərbi qane etmir”.

Zaxarovanın sözlərinə görə, NATO-nun məqsədi Rusiyanın cənub sərhədləri boyu vəziyyəti gərginləşdirməkdir: “Əlbəttə ki, Qərbin maksimum vəzifəsi da var. Bu, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq və ümumilikdə, regionu yenidən alovlandırmaqdır”.

Xatırladaq ki, Stoltenberq martın 17-də Azərbaycana, martın 18-də Gürcüstana, martın 19-da isə Ermənistana səfər edib.

Əvvəlki məqalə

“İrəvan Bakının rəyini nəzərə almayıb, mandat şübhəlidir” –

Sonrakı məqalə

Hərbçilərimiz Pakistanda hərbi paradda iştirak edəcək –