“Regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi demək deyil”. Bunu təhsil naziri Emin Əmrullayev ölkə başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib. O deyib ki, hər rayonda təhsili idarə edən qurumlar olacaq. Onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək. Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılması, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək.(APA)