Bu saziş Aİ ilə Cənubi Qafqaz arasında ticarət imkanlarını genişləndirəcək-Qaribaşvili

“Bu gün imzalanan saziş Avropa İttifaqı (Aİ) ilə Cənubi Qafqaz arasında tranzit və ticarət imkanlarını genişləndirəcək”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə bağlı keçirilən plenar iclasda deyib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan adı çəkilən sazişi imzalamaqla bu sahədə sıx əməkdaşlığa hazır olduqlarını təsdiq edirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.