“Bu tənqidlər qəbuledilməzdir” –Rusiya XİN Paşinyana cavab verdi

“Rusiya sülhməramlı kontingentinin ünvanına söylənilən tənqidlər qəbuledilməzdir”.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın sülhməramlı kontingentin öhdəiklərini yerinə yetirə bilməməsi ilə bağlı açıqlamasına cavab olaraq bildirib.

O, KTMT çərçivəsində Ermənistana monitorinq missiyasının göndərilməsi ehtimalına da toxunub.

“KTMT çərçivəsində öhdəliklərə gəlincə isə, nə zaman İrəvan maraqlı olsa, təşkilatın üzvü olan digər ölkələr Ermənistana monitorinq missiyası göndərməyə hazır olacaqlar”, o deyib.

Əvvəlki məqalə

“Hökmün həmin hissəsi ləvğ olunub” –

Sonrakı məqalə

Prezident və birinci xanım “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər