“Bu yol 2030-cu ildə Azərbaycan sərhədinə qədər tamamlanacaq” –

İrakli Kobaxidze

İrakli Kobaxidze

Gürcüstanın strateji mövqeyindən istifadə etmək üçün əlimizdən gələni edirik. Vəzifələrimizdən biri bağlantı funksiyasını, tranzit funksiyasını inkişaf etdirməkdir.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze POSTV-yə müsahibəsində bildirib.

Hökumət başçısı qeyd edib ki, bunun üçün çox böyük investisiyalar qoyulur. “Planımıza görə, 2030-cu ilin sonuna qədər yolun demək olar ki, bütün əsas hissələri Türkiyə sərhədindən Azərbaycan və Ermənistan sərhədlərinə qədər tamamlanacaq”, – deyə İrakli Kobaxidze bildirib.

AzPost.az