“Ukraynadan buğdanın tədarükünə qoyulan blokadanın qarşısını almaq lazımdır, milyonlarla insanın həyatı bundan asılıdır”.
Azpost.info xəbər verir ki, bunu Roma Papası Fransisk deyib. “Xahiş edirəm, əsas qida olan buğdadan silah kimi istifadə etməyin. Xüsusilə, kasıb ölkələrdə milyonlarla insanın həyatının asılı olduğu Ukraynadan taxıl ixracının əngəllənməsi böyük narahatlıq doğurur”, – Papa bildirib.
O, dünya liderlərini bu problemi həll etmək üçün ciddi səy göstərməyə çağırıb.
Azpost.info