Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Buğdanın ucuzlaşması Azərbaycanda çörəyin qiymətinə necə təsir edib?

User 14 Mart 2023 - 11:47 (Last updated: 21 May 2025 - 20:15)
corek

Azərbaycanda iri pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Artıq martın 11-dən etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb.

Bəs çörəyin ucuzlaşması hansı faktorlarla əlaqədardır?

Son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Eyni zamanda beynəlxalq proqnozlara əsasən, bu il buğda istehsalı artacaq. Belə ki, FAO-nun (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Dünya Buğda Bazarı üzrə gözləntilərinə əsasən, 2022/2023-cü il mövsümündə qlobal buğda istehsalı 2 % artacaq. Bununla yanaşı, Qara dəniz limanlarının fəaliyyətinin (buğda ixracının) qismən bərpası, qlobal istehsalın həcmində gözlənilən artım buğda qiymətlərinə olan təzyiqi müəyyən qədər azaldıb. Belə ki, ötən ilin iyul ayında İstanbulda BMT, Ukrayna, Türkiyə və Rusiyanın iştirakı ilə imzalanan və sonuncü dəfə 120 günlüyünə uzadılan “Taxıl saziş”inin daha 60 gün prolonqasiya olunması razılaşdırılıb. Bu, taxıl bazarının perspektivinə dair nikbin proqnozun formalaşmasında mühüm rol oynayır.

Unun qiymətinin aşağı düşməsi çörəyin ucuzlaşması ilə müşahidə olunur

Ötən ay Azərbaycana xaricdən gətirilən ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13 % aşağıdır. Bu, Azərbaycanda unun topdansatış qiymətinin də enməsi ilə müşahidə edilib. Belə ki, hazırda 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,5 manat – 37,2 manat təşkil edir. Halbu ki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat olub. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.

Qeyd etmək lazımdır ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilməsi bazarda istehlakçılar üçün əlverişli qiymətlərin formalaşması üçün əlavə şərait yaradır(report).

Post navigation

Previous: Saçlarımız niyə tökülür?
Next: Martın 18-də vaxtı başa çatan “taxıl sazişi”nin aqibəti necə olacaq?

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.