Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Bullinqə məruz qalan məktəblilər üçün ictimai vəkillik” mövzusunda tədbir keçirilib

User 14 Oktyabr 2025 - 07:00 (Last updated: 14 Oktyabr 2025 - 11:57)
bu01

“Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” layihəsini həyata keçirir.

Layihənin məqsədi bullinqə məruz qalan və məruz qalma təhlükəsi ilə üzləşən, şagird davranış qaydalarına əməl etməyən  uşaqlar arasında maarrifləndirmə işlərinin aparılması, onların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi,  öz hüquqlarını müdafiə etmələrini təmin etmək üçün hüquqi, sosial və psixoloji istiqamətlər üzrə ictimai vəkilliyin aparılmasıdır.  13 oktyabr 2025-ci il tarixində baş tutan təlimdə layihə rəhbəri Nuriyyə Abbasova çıxışında layihənin əsas məqsədi və bullinq mövzusunun aktuallığından bəhs etmişdir. Təlim Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 295 saylı məktəbdə həyata keçirilmiş və 25-dən çox məktəbli cəlb edilmişdir.

Təlimçi Sara Ağayeva tərəfindən  “Bullinq nədir?” adlı  maarifləndirici və praktiki təlim keçirilmiş, təlimdə bullinq haqqında ümumi məlumat verilmiş, təlim zamanı məktəblilər arasında keçirilən praktiki oyunlar sayəsində “Bullinqi necə tanımaq olar?, “Bu halla qarşılaşarlarsa necə öhdəsindən gələ bilərlər?” kimi sualların cavabları onlara aşılanmışdır. Təlimin növbəti sessiyasında psixoloq Aytac Hətəmli bullinqə məruz qalma hallarını aşkara çıxarmaq məqsədilə “Kaktus” modeli adlı qrup terapiyası keçirmişdir. Bu terapiyanın məqsədi uşaqların həm zoralığa, həm də bullinqə məruz qalma hallarını müəyyən etmək olmuşdur.

Daha sonra sosial işçi Günel Baxışova və hüquqşünas Qəmərcan Xasayzadə tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsi aparılmışdır.

AzPost.az

Post navigation

Previous: “Qəzzaya çoxlu pul gələcək…” –
Next: Beyləqanda mədəni irsimizin təbliği ilə bağlı seminar təşkil olunub

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

telefon sarj
  • Maraqlı

Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər

User 27 Oktyabr 2026 - 20:14
Mobil cihazların və batareya ilə işləyən texnikaların sahibləri enerji doldurarkən çox vaxt fərqinə varmadıqları səhvlərə yol verirlər....
Read more about Telefonun şarjı zamanı bu səhvi etməyin – batareya və elektronika zədələnə bilər
İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı mucteba xameneyi
  • Dünya

İran ali rəhbəri müharibənin bitməsi üçün şərtlərini irəli sürdü – Xameneidən Hörmüz boğazı mesajı

User 27 Oktyabr 2026 - 19:59
“Azərbaycanla qardaşlıq siyasi məsələlərdən üstündür” – Dövlət Bağçalı baxceli
  • Dünya

“Azərbaycanla qardaşlıq siyasi məsələlərdən üstündür” – Dövlət Bağçalı

User 27 Oktyabr 2026 - 19:38
Ərdoğan yüksək səviyyədə qapalı toplantı keçirdi – Hakan Fidan və kəşfiyyat rəhbəri də qatıldı erdoqan iclas
  • Dünya

Ərdoğan yüksək səviyyədə qapalı toplantı keçirdi – Hakan Fidan və kəşfiyyat rəhbəri də qatıldı

User 27 Oktyabr 2026 - 19:05
Alimlər “gözəgörünməz plaş” hazırladılar – necə işləyir? plas gorunmez
  • Maraqlı

Alimlər “gözəgörünməz plaş” hazırladılar – necə işləyir?

User 27 Oktyabr 2026 - 19:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.