“Bundan sonra şərtləri Rusiya diktə edəcək” - KADIROV

“Moskva uzun müddət idi ki, Kiyevə “xüsusi hərbi əməliyyatın gedişi zamanı konkret tədbirlər hələ görülməyib” xəbərdarlığını edirdi. İndi əməliyyatın taktikası dəyişəcək. Bundan sonra şərtləri Rusiya diktə edəcək”.

Azpost.info xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Biz Kiyevdəki kriminal rəhbərliyə çox uzun müddət xəbərdarlıq etdik ki, xüsusi hərbi əməliyyatın gedişində hələ konkret tədbirlər görməmişik. Rusiya dəfələrlə şans verdi. Amma bizi eşitmədilər. İndi hər şey fərqli olacaq”, – Kadırov bildirib.

Çeçenistan lideri cəbhədəki vəziyyəti sabit kimi qiymətləndirərək, Ukrayna ordusunun ağır itkilər verdiyini bildirib: “Maraqlıdır ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı hələ də öz bölmələrinə qarşı mənasız və qəddar taktikadan əl çəkmir. Yalnız canlı qüvvə və texnikaya güvənərək onları amansızcasına ölümə atır. Lakin bu, düşmənə heç bir üstünlük gətirmir, sadəcə onu zərərsizləşdirməyi asanlaşdırır”.

Azpost.info

Əvvəlki məqalə

“Bakı ilə özünüz danışın, bizə ümid etməyin” –

Sonrakı məqalə

Sabah hava necə olacaq?