“Bu iş Kiyevə təhlükəsizlik zəmanəti verməkdən daha vacibdir”- NATO Baş katibi

“NATO ölkələri Ukrayna ordusunu mümkün qədər tez lazımi silahlarla təchiz etməlidirlər”.

Azpost.info xəbər verir ki, bunu təşkilatın Baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Onun fikrincə, bu iş Kiyevə təhlükəsizlik zəmanəti verməkdən daha vacibdir.

“Zəmanətlər, sənədlər, məsləhətlər, görüşlər vacibdir, lakin hazırda ən aktual vəzifə Ukraynanı kifayət qədər silahla təmin etməkdir”, – Stoltenberq bildirib.

Baş katib Vilnüsdə keçirilən sammit iştirakçılarının Ukraynaya silah tədarükünü elan etmələrini son dərəcə vacib adlandırıb. O, həmçinin xatırladıb ki, Kiyevin bir neçə müttəfiqi ukraynalı pilotlara ABŞ F-16 qırıcılarından istifadəni öyrətmək üçün koalisiya yaradıb. Stoltenberqin sözlərinə görə, hərbi təlimlər bu yayın sonuna qədər başlayacaq.

Azpost.info

Əvvəlki məqalə

Beynəlxalq şirkət Söyüdlüdəki tullantı anbarında qiymətləndirmə aparacaq

Sonrakı məqalə

Nazir Söyüdlüdə qızıl çıxaran şirkətə xəbərdarlıq edib –