Buraxılış imtahanları bir mərhələdə keçiriləcək

“Həm IX, həm XI sinif üzrə buraxılış imtahanı bir mərhələdə keçiriləcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib.

O qeyd edib ki, imtahanlar 85 sualdan ibarət olacaq: “Proqramda əsas mənbə dərsliklərdir. Proqrama dərsliklərdən kənar heç bir element daxil edilməyib. Bacarıqlar da dərsliklər vasitəsilə formalaşır. Tövsiyə edərdim ki, dərslikləri oxumaqla yanaşı, imtahana hazırlaşanlar OTK.az saytında onlayn sınaq imtahanında iştirak etsin, I-XI siniflər üzrə DİM tərəfindən tapşırıq nümunələri kitabçalarına baxsınlar, dinləmə materialları DİM saytında yerləşdirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Buraxılış imtahanlarına V sinifdən mart ayına qədərki materiallar salınıb –

Sonrakı məqalə

Ali dini rəhbər Xamneyi Qarabağın azad olunmasına sevindi –