Burkina-Faso hökuməti Fransadan ordusunu ölkədən çıxarmağı tələb edib

Burkina-Faso hökuməti Fransadan ordusunu bir ay ərzində ölkədən çıxarmağı tələb edib.

Bu barədə Burkina Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, hökumət ötən çərşənbə günü Fransanın ölkədəki hərbi mövcudluğunu tənzimləyən 2018-ci il 17 dekabr tarixli sazişi ləğv edib.

Qeyd edək ki, yanvarın 20-də Uqaduquda ölkədə Fransa qoşunlarının mövcudluğuna qarşı nümayiş keçirilib.

Əvvəlki məqalə

Yeni Zelandiyanın yeni Baş naziri seçilib

Sonrakı məqalə

Qusarda istirahət mərkəzində kottec alovlandı, 4 nəfər yanaraq öldü –