“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb

06 Yanvar 2020 - 11:56

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

Buta Airwaysdan verilən məlumata görə, yerli vaxtla saat 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib. (APA)

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.