“Bütün əsir və məhbusların azad edilməsində, minaların təmizlənməsində Bakı ilə əməkdaşlığa hazırıq”- PAŞİNYAN

“Biz bütün əsir və məhbusların azad edilməsində, həmçinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında yaxından əməkdaşlığa hazırıq”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, İrəvan Qarabağ ərazisindən minaların təmizlənməsi üzrə fəaliyyətlərin həyata keçirilməsi üçün də Bakı ilə əməkdaşlığa hazırdır.

Paşinyan xatırladıb ki, 2021-ci ildə Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verib.

Azpost.info

Əvvəlki məqalə

Bakı-Quba yolu üçün gediş qiymətləri açıqlandı –

Sonrakı məqalə

Fransa Ermənistana hansı silahları satacaq?